إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünya şöhrətli müğənni Sami Yusufdan Azərbaycana dəstək

Böyük Britaniyada yaşayan dini və vətənpərvərlik mövzusunda mahnıları ilə tanınan dünya şöhrətli azərbaycanlı müğənni-bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini bildirib.

Ahlibeyt.az xəbər verir ki, sənətçi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.

“Düşüncələrim və dualarım sevimli Azərbaycanladır”, - deyə S.Yusif paylaşımda vurğulayıb.

O, bu paylaşımına “Qarabağ Azərbaycandır” həştəqini əlavə edib.

1

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2020  11:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!