
Böyük Britaniyada yaşayan dini və vətənpərvərlik mövzusunda mahnıları ilə tanınan dünya şöhrətli azərbaycanlı müğənni-bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini bildirib.
Ahlibeyt.az xəbər verir ki, sənətçi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.
“Düşüncələrim və dualarım sevimli Azərbaycanladır”, - deyə S.Yusif paylaşımda vurğulayıb.
O, bu paylaşımına “Qarabağ Azərbaycandır” həştəqini əlavə edib.