إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tac-Mahal ziyarətçilər üçün açılıb

Hindistanın Aqra şəhərindəki Tac-Mahal abidəsi koronavirus pandemiyası ilə əlaqədar 6 aylıq qapanmadan sonra ziyarətçilər üçün açılır.

Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu, məqbərə tarixində ən uzunmüddətli qapanma olub.

Yeni qərara əsasən, tarixi abidəyə gün ərzində karantin qaydalarına əməl etməklə 5 min ziyarətçi gələ biləcək.

Qeyd edək ki, Tac-Mahal mart ayında bağlanmışdı. Pandemiyaya qədər mavzoleyə gündəlik 70 minədək ziyarətçi və turist gəlirdi.

Tac-Mahal sonuncu dəfə 1978-ci ildə subasma ilə əlaqədar qısa müddətə bağlanmışdı.

Son məlumata görə Hindistanda 5,5 milyona yaxın şəxs koronavirusa yoluxub, 88 minə yaxın dünyasını dəyişib.

Xatırladaq ki, Tac-Mahal Hindistanın Aqra şəhərində,  Camna çayı sahilində yerləşən Tac-Mahal dünya  memarlığının şah əsəridir. Böyük Moğollar  İmperiyasının  hökmdarı,   Əmir Teymurun nəslindən olan Cahan şahın əmri  ilə həyat yoldaşı Ercümənd Banu Begümün xatirəsinə (Mümtaz Mahal)ucaldılmış Tac-Mahal həm də  əbədi məhəbbətin rəmzidir. 1632-ci ildə inşasına başlanan kompleks 20 il sonra 1652-ci ildə tamamlanmıştır. Abidənin hündürlüyü 75 metrdir və ağ mərmərdən hazırlanmışdır. Tac -Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür, divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Babur İmperatorluğunun VI hökmdarı Cahan şah və həyat yoldaşı Ercümənd Banu bu sarayda dəfn edilmişlər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2020  11:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!