
Hindistanın Aqra şəhərindəki Tac-Mahal abidəsi koronavirus pandemiyası ilə əlaqədar 6 aylıq qapanmadan sonra ziyarətçilər üçün açılır.
Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu, məqbərə tarixində ən uzunmüddətli qapanma olub.
Yeni qərara əsasən, tarixi abidəyə gün ərzində karantin qaydalarına əməl etməklə 5 min ziyarətçi gələ biləcək.
Qeyd edək ki, Tac-Mahal mart ayında bağlanmışdı. Pandemiyaya qədər mavzoleyə gündəlik 70 minədək ziyarətçi və turist gəlirdi.
Tac-Mahal sonuncu dəfə 1978-ci ildə subasma ilə əlaqədar qısa müddətə bağlanmışdı.
Son məlumata görə Hindistanda 5,5 milyona yaxın şəxs koronavirusa yoluxub, 88 minə yaxın dünyasını dəyişib.
Xatırladaq ki, Tac-Mahal Hindistanın Aqra şəhərində, Camna çayı sahilində yerləşən Tac-Mahal dünya memarlığının şah əsəridir. Böyük Moğollar İmperiyasının hökmdarı, Əmir Teymurun nəslindən olan Cahan şahın əmri ilə həyat yoldaşı Ercümənd Banu Begümün xatirəsinə (Mümtaz Mahal)ucaldılmış Tac-Mahal həm də əbədi məhəbbətin rəmzidir. 1632-ci ildə inşasına başlanan kompleks 20 il sonra 1652-ci ildə tamamlanmıştır. Abidənin hündürlüyü 75 metrdir və ağ mərmərdən hazırlanmışdır. Tac -Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür, divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Babur İmperatorluğunun VI hökmdarı Cahan şah və həyat yoldaşı Ercümənd Banu bu sarayda dəfn edilmişlər.