إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Makron İraq səfərində Ayətullah Sistani ilə görüşəcək

Fransa prezidenti Emanuel Makron Livandan sonra İraqa səfər edəcək və səfər zamanı müctəhid Ayətullah Sistani ilə görüşəcək.

Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Emanuel Makron İraq səfərində Nəcəf-Əşrəf şəhərinə gedərək Ayətullah Sistani ilə görüşəcək.

Həmçinin əlavə edilib ki, Makron İraq səfərində ölkə prezidenti Bərhəm Saleh, baş nazir Mustafa əl-Kazimi, parlament sədri Məhəmməd əl-Halbusi və İraq-Kürdüstan Regional Hökuməti rəsmilərilə görüşlər keçirərəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2020  10:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!