
Fransa prezidenti Emanuel Makron Livandan sonra İraqa səfər edəcək və səfər zamanı müctəhid Ayətullah Sistani ilə görüşəcək.
Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Emanuel Makron İraq səfərində Nəcəf-Əşrəf şəhərinə gedərək Ayətullah Sistani ilə görüşəcək.
Həmçinin əlavə edilib ki, Makron İraq səfərində ölkə prezidenti Bərhəm Saleh, baş nazir Mustafa əl-Kazimi, parlament sədri Məhəmməd əl-Halbusi və İraq-Kürdüstan Regional Hökuməti rəsmilərilə görüşlər keçirərəcək.