|
• Mənəviyyat • MəhərrəmHacı Şahin Həsənli: “Aşura xütbəsi” (Audio-Video)Paytaxtın "Məşədi Dadaş"məscidində avqust ayının 21-dən etibarən Məhərrəm ayının ilk 10 günlüyü mərasimləri başlanılıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, COVİD-19 virusunun yayılması fonunda ölkəmizdə karantin rejimi tətbiq olunur. Bununla əlaqədar olaraq bu il Məhərrəm mərasimləri bütün məscidlərdə olduğu kimi, Məşədi Dadaş məscidində də online rejimdə keçiriləcək. Məhərrəm ayı xütbələri ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənli tərəfindən oxunacaq.Mərasimdə Hacı Şahin Həsənlinin çıxışı ilə yanaşı Quran tilavəti və növhələr oxunacaq. Həzrət Seyyidüşşühəda İmam Hüseynin (əleyhissalam) əza məclisləri avqust ayının 21-dən – 30-na kimi hər axşam saat 21:00-da keçiriləcək və Hacı Şahin Həsənlinin rəsmi Youtube kanalı, Facebook və İnstagram səhifələrində canlı olaraq yayımlanacaq. Bu ayın fəzilət və əhəmiyyəti nəzərə alınaraq xütbələrin audio-video yazısı hər gün saytımızda yerləşdirilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, ölkə ərazisində koronavirus epidemiyasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər planı çərçıvəsində məscid və ziyarətgahlarda kütləvi tədbirlərin, fərdi ibadətlərin və camaat namazlarının qılınması müvəqqəti olaraq təxirə salınmışdır. Bütün növ planşet,smartfon və mobil telefonlar üçün nəzərdə tutulmuş "Məhərrəm Xütbəsi"nin tam audiolinkini təqdim edirik:
AUDİO - Aşura xütbəsi Audiolink yükləndiyi gündən etibarən yalnız 15 gün müddətinə aktiv olacaq
VİDEO
Xatırladaq ki,linkin,yüklənərək dinlənilməsi facebook və digər sosial şəbəkələrdə paylanması icazəlidir.Lakin disklərə köçürülərək artırılması, yotube və digər oxşar şəbəkələrə yüklənməsinə icaze verilmir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2020 17:14 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |