|
• Dünyadaİsveçdə “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirildiİsveçin Malmö şəhərinin Rusenqord əyalətində “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib. Ahlibeyt.az "TASS"a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. Bildirilir ki, təxribatçı hərəkətlərdən qəzəblənən 300-ə yaxın sakin Rusenqord, Amiralsqatan və Şeleqatan şəhərlərinin iki əsas küçəsindəki avtomobil yolunu bağlayıblar. Məlumata görə, hadisə yerinə gələn polislərə daş parçaları, şüşə və yandırıcı maddə atılıb. Bildirilir ki, bir neçə gün əvvəl küçə sənətçisi əvvəllər etnik nifrət oyatmaqda ittiham olunan Dan Park, şəhər rəhbərliyinə "Skandinaviyanın islamlaşmasının fəsadları" mövzusunda Rusengordakı İslam Mərkəzinin qarşısında nümayiş keçirmək üçün müraciət etmişdir. Aksiyanın, müsəlmanların cümə namazı zamanı keçirilməsi və Danimarkanın sağçı ekstremist partiyası "Sərt Kurs" lideri Rasmus Paludanı dəvət etmək üçün iştirak etməsi planlaşdırıldı. Aksiyada Qurani-Kərimin yandırılması da planlaşdırılmışdı. Polis aksiyanın keçirilməsinə icazə verməyib. Lakin buna baxmayaraq Quran yandırılması Rusengordda, Emilstorpun sənaye zonasında baş verib. Baş verən iğtişaşları dayandırmaq üçün İsveç hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi maşınlardan istifadə etməli olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2020 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |