29 Avqust, 2020
İsveçdə “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirildi

İsveçin Malmö şəhərinin Rusenqord əyalətində “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib.

Ahlibeyt.az "TASS"a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Bildirilir ki, təxribatçı hərəkətlərdən qəzəblənən 300-ə yaxın sakin Rusenqord, Amiralsqatan və Şeleqatan şəhərlərinin iki əsas küçəsindəki avtomobil yolunu bağlayıblar.

Məlumata görə, hadisə yerinə gələn polislərə daş parçaları, şüşə və yandırıcı maddə atılıb.

Bildirilir ki, bir neçə gün əvvəl küçə sənətçisi əvvəllər etnik nifrət oyatmaqda ittiham olunan Dan Park, şəhər rəhbərliyinə "Skandinaviyanın islamlaşmasının fəsadları" mövzusunda Rusengordakı İslam Mərkəzinin qarşısında nümayiş keçirmək üçün müraciət etmişdir. Aksiyanın, müsəlmanların cümə namazı zamanı keçirilməsi və Danimarkanın sağçı ekstremist partiyası "Sərt Kurs" lideri Rasmus Paludanı dəvət etmək üçün iştirak etməsi planlaşdırıldı. Aksiyada Qurani-Kərimin yandırılması da planlaşdırılmışdı.

Polis aksiyanın keçirilməsinə icazə verməyib. Lakin buna baxmayaraq Quran yandırılması Rusengordda, Emilstorpun sənaye zonasında baş verib.

Baş verən iğtişaşları dayandırmaq üçün İsveç hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi maşınlardan istifadə etməli olublar.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10292.html