|
• DünyadaTürkiyə prezidentinin qərarı ilə daha bir kilsə-muzey məscid statusu aldı - Video1945-ci ildə Türkiyə Nazirlər Şurası tərəfindən muzeyə çevrilən "Kariyə" məscidi ibadətə açılacaq - Bu barədə qərarı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib. Ahlibeyt.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İstanbul şəhərinin Fateh rayonunda Kariye məscidinin ibadət üçün açılması ilə əlaqədar Prezidentin Fərmanı "Resmi Gazete"də yayımlanıb. İstanbulun fəthindən(1453) sonra kilsə olaraq istifadə edilən Kariye kilsəsi 1511-ci ildə məscidə çevrilib. Kariyə məscidi 1945-ci ildə Nazirlər Kabinetinin qərarı ilə muzey və muzey anbarı olaraq Milli Təhsil Nazirliyinə verilib. Kariye məscidinin 1945-ci ildə muzeyə çevrilməsi ilə bağlı qərar keçən il Dövlət Şurası tərəfindən ləğv edilmişdi. Qeyd edək ki, Kariye(Chora) kilsəsi İlk dəfə 534-cü ildə Saint Teodius tərəfindən Bizans imperatotu Justinianusun hakimiyyəti dövründə monastır olaraq tikilmişdir. XI əsrdə İ.Alexios qayınanası Maria Dukaina tərəfindən yenidən inşa edilib. 1204-1261-ci illərin Latın işğalı zamanı dağıdılmış monastır 14-cü əsrdə Teodor Metokhites tərəfindən təmir edilib və kilsənin girişinə xarici əlavələr edilərək böyüdülüb. Sonradan Teodor Metokhites bu tikili daxilində dəfn edilib. Kariyə(Chora) kilsəsi 1511-ci ildə, Fatih Sultan Mehmetin İstanbulu fəth etməsindən 58 il sonra Sultan Bəyazidin dövründə məscidə çevrilərək "Atik Əli Paşa Məscidi" və ya "Kariye Məscidi” adlandırılmışdır. Kilsənin divarlarında mozaika və freskalar suvaqla örtülmüşdü. Ancaq məscid olaraq binaya yalnız küncdəki minarə və cənub-şərq küncündəki mehrab əlavə edilərək quruluş orijinallığını qorumağa çalışılmışdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2020 11:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |