|
• DünyadaRusiyada azərbaycanlı din xadimi qətlə yetirilib"İnterfaks" məlumat verir ki, dünən axşam 33 yaşlı Mətin Mehdiyev adlı soydaşımız qətlə yetirilib. Yaşadığı binanın qarşısında həyat yoldaşını və oğlunu gözləyən M.Mehdiyevə naməlum şəxslər hücum edərək, ilk öncə boynundan bıçaq zərbələri yetirib və daha sonra üzünü bıçaqla kəsərək tanınmaz hala salıblar. Şahidlərin sözlərinə görə, hücum edənlər dörd nəfər olublar ki, onlardan biri qız olub. Hadisə zamanı M.Mehdiyev qışqıraraq köməyə səsləyib. Amma cinayətkarlar soyuqqanlıqla onu qətlə yetiriblər. Hətta cinayətkarlardan biri bıçaq zərbələrini yetirdikdən sonra bıçağın qanını öz gödəçəsinin qoluna sürtərək silib. Çox sayda bıçaq zərbələri ilə qətlə yetirilmiş Mətin Mehdiyev Rusiya İslam Mədəniyyət Mərkəzində şöbə müdiri olub. O bundan öncə 2003-cü ildə də milliyyətçilərin hücumu nəticəsində yaralanmışdı. Hal-hazırda da hadisənin milliyyətçilər tərəfindən edildiyi güman edilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2012 16:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |