11 Aprel, 2012
Rusiyada azərbaycanlı din xadimi qətlə yetirilib

"İnterfaks" məlumat verir ki, dünən axşam 33 yaşlı Mətin Mehdiyev adlı soydaşımız qətlə yetirilib.

Yaşadığı binanın qarşısında həyat yoldaşını və oğlunu gözləyən M.Mehdiyevə naməlum şəxslər hücum edərək, ilk öncə boynundan bıçaq zərbələri yetirib və daha sonra üzünü bıçaqla kəsərək tanınmaz hala salıblar.

Şahidlərin sözlərinə görə, hücum edənlər dörd nəfər olublar ki, onlardan biri qız olub. Hadisə zamanı M.Mehdiyev qışqıraraq köməyə səsləyib. Amma cinayətkarlar soyuqqanlıqla onu qətlə yetiriblər. Hətta cinayətkarlardan biri bıçaq zərbələrini yetirdikdən sonra bıçağın qanını öz gödəçəsinin qoluna sürtərək silib.

Çox sayda bıçaq zərbələri ilə qətlə yetirilmiş Mətin Mehdiyev Rusiya İslam Mədəniyyət Mərkəzində şöbə müdiri olub. O bundan öncə 2003-cü ildə də milliyyətçilərin hücumu nəticəsində yaralanmışdı. Hal-hazırda da hadisənin milliyyətçilər tərəfindən edildiyi güman edilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1016.html