|
• DünyadaTehranda milyonlarla insanın iştirakı ilə Qasim Süleymaniyə cənazə namazı qılınıb -VİDEOTehranda İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun ABŞ tərəfindən terrora məruz qalan komandanı Qasim Süleymaninin nəşi ilə vida mərasimi keçirilib. Ahlibeyt.az İran mətbuatına istinadla xəbər verir ki, Tehranda Qasim Süleymaninin cənazə namazını Ali dini lider Ayətullah Xamenei qılıb.Mərasimdə İran Prezidenti Həsən Ruhani də iştirak edib. Milyonlarla insan şəhidin Tehrandakı vida mərasiminə qatılıb.Vida mərasiminə qatılanlar ABŞ əleyhinə sərt şüarlar səsləndirib və dərhal intiqamın alınmasını bildiriblər. Məlumata görə, vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq. Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, generalın nəşi ilə iki gün öncə Kərbəlada ötən gün isə Məşhəddə vida mərasimi keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2020 10:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |