6 Yanvar, 2020
Tehranda milyonlarla insanın iştirakı ilə Qasim Süleymaniyə cənazə namazı qılınıb -VİDEO

Tehranda İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun ABŞ tərəfindən terrora məruz qalan komandanı Qasim Süleymaninin nəşi ilə vida mərasimi keçirilib.

Ahlibeyt.az İran mətbuatına istinadla xəbər verir ki, Tehranda Qasim Süleymaninin cənazə namazını Ali dini lider Ayətullah Xamenei qılıb.Mərasimdə İran Prezidenti Həsən Ruhani də iştirak edib.

Milyonlarla insan şəhidin Tehrandakı vida mərasiminə qatılıb.Vida mərasiminə qatılanlar ABŞ əleyhinə sərt şüarlar səsləndirib və dərhal intiqamın alınmasını bildiriblər.

Məlumata görə, vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.

Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, generalın nəşi ilə iki gün öncə Kərbəlada ötən gün isə Məşhəddə vida mərasimi keçirilib.

">

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10008.html