|
• DünyadaTbilisidə “Aşura məktəbi və Kərbəla dərsi” mövzusunda konfrans keçirilibTbilisidə "Aşura məktəbi və Kərbəla dərsi" mövzusunda konfransın ikinci hissəsi keçirilib. Bu konfransda müxtəlif yerlərdən yalnız xanımlar iştirak edib.
Ahlibeyt.az-ın məlumatına görə, Quran tilavəti ilə açıq elan edilən konfransda Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvlərinin çıxışları olub.
Sonra böyük ekranda Azərbaycan, İran İR, Türkiyə və Rusiyadan konfransa qatılan tanınmış din alimlərinin çıxışları təqdim olunub.
Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla hərəkatı, Aşura məktəbindən alınan dərslər, azadlıq və mənəviyyat uğrunda fədakarlıq mövzusunda məlumat veriblər.
Konfransda Kərbəla hadisəsinin qısa tarixindən bəhs edən videoçarxla bərabər İmam Hüseynin (ə) matəmi ilə əlaqədar dünya ölkələrində keçirilən yürüş və tədbirlərdən nümunələr nümayiş etdirilib.
Sonda iştirakçılara İmam Hüseynin (ə) Kərbəla qiyamından bəhs edən və başqa dini kitablar hədiyyə olunub.
Qeyd edək ki, bir müddət əvvəl Tbilisidə yerləşən “Alulbeyt” adına Dini Mədəniyyət Mərkəzində "Aşura məktəbi və Kərbəla dərsi" mövzusunda konfrans keçirilib. Konfransda din, ictimaiyyət xadimləri, ziyalılar və tələbələr iştirak edib. Konvransa virtual qoşulan Azərbaycan, İran, Türkiyə və Almaniyadan olan dəyərli din alimləri Hacı Əhliman Rüstəmov, Seyid Əli Əkbər Ocaqnecat, Hacı Kadir Akaras, Hacı Davud Zaren və digərləri çıxış ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2020 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |