إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qüdsdə Ramazanın son cümə namazına 70 min insan qatılıb (FOTO)

Bu gün Ramazanın son cüməsi Beynəlxalq Qüds gününə təsadüf edir. əl-Əqsa məscidi ətrafında qılınan cümə namazına 70 min insan qatılıb.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir.

Bildirilib ki, İsrail qüvvələrinin tətbiq ediyi məhdudiyyətlərə baxmayaraq, bu gün Qüdsdə Ramazanın son cümə namazına 70 min müsəlman qatılıb.

Bildirilir ki, ötən gecə və bu gün səhər işğal edilmiş Qüdsdə və İordan çayının qərb sahilindəki digər bölgələrdə İsrail qüvvələri ilə toqquşmada 3 fələstinli həlak olub. 20-dən çox fələstinli saxlanılıb.

Qeyd edək ki, Bu gün bir çox müsəlman ölkələrində İsrail tərəfindən işğal edilmiş Fələstin torpaqlarının və müsəlmanların birinci qibləsi əl-Əqsa məscidinin azadlığı naminə Beynəlxalq Qüds günü qeyd edilir. Qırx ildən çoxdur ki, Ramazan ayının sonuncu cüməsi müsəlman dünyasında Beynəlxalq Qüds günü kimi qeyd edilməkdədir. Koronavirus pandemiyasına görə Beynəlxalq Qüds günü ilə bağlı tədbirlər əksər müsəlman, həmçinin Avropada ölkələrində  toplantılar deyi, müxtəlif virtual vebinarlar və videokonfranslar formatında keçirilib.

Xatırladaq ki, Qüds müsəlmanların birinci qibləsi olmaqla yanaşı, islam dünyasının üç müqəddəs məkanı və hərəmindən biridir. Bu müqəddəs məkanlar Kəbə evinin yerləşdiyi Məscidul-haram, Məhəmməd peyğəmbərin məzarının yerləşdiyi Mədinə məscidi və Allahın mübarək qıldığı əl-Əqsa məscididir. Ümumilikdə 1948-ci ildən bu yana həyata keçirilmiş işğal siyasəti nəticəsində 7 milyona yaxın fələstinli qonşu və digər dünya ölkələrində qaçqın şəraitində yaşamaqdadır.

Qüds günü beynəlxalq miqyasda İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2021  17:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!