إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qüdsdə gərginlik başlayıb, Türkiyədə təcili mitinqlər təyin edilib (Foto-Video)

Bir qədər əvvəl Qüdsdə yüzlərlə İsrail əsgərinin müşayiəti ilə israillilər yürüşə başlayıblar. Onlar Qədim şəhərin əl-Əsbad qapısı qarşısında “Qüds İsrailin əbədi paytaxtıdır” şüarlarını səsləndirirlər.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, israillilər Qədim şəhərin qala divarlarına doğru yürüyərək, “Qüds əbədi İsrailindir” marşını oxuyurlar.

Hücum-yürüşün “Dağıdılmış məbədin xatirəsinə” şüarı altında həyata keçirildiyi bildirilir.

Mənbələr Qədim şəhər sakinlərinin fələstinlilərə hücüm etdiklərini, bölgədə gərginlik yaşandığını xəbər verirlər. Fələstinlilərin israillilərin Qədim şəhərin qala divarından daxil ola bilməmələri üçün giriş qapısını qorumağa çalışdıqları, toqquşmalarda bir jurnalistin xəsarət aldığı söylənilir.

Salamnews-un Türkiyədəki xüsusi müxbiri xəbər verir ki, Qüdsdə gərginliyin artmasından dərhal sonra İstanbulda gecə ilə etiraz mitinqi təyin olunub. Anadolu Gənclik Dərnəyi (AGD) bütün müsəlmanları yerli vaxtla saat 03:00-da İsrailin İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyasına toplaşmağa çağırıb.

“Əl-Əqsa" məscidi işğal altında ikən dura bilmərik. Bu məsələ başqa məsələyə bənzəməz. İman məsələsidir. Sükut edə bilmərik.”, - təşkilatın gecə yaydığı bəyanatda deyilir.

 

AGD sədri Salih Turan təşkilatın Ankara şöbəsinin də sabah yerli vaxtla saat 12:30-da İsrailin Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyini deyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Avqust, 2017  12:13 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!