إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qəza zolağında qarşıdurmada 17 fələstinli qətlə yetirilib, 1500 nəfər xəsarət alıb - Ətraflı

Hazırda toqquşmalar nəticəsində 17 fələstinlinin öldüyü təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb

Ahlibeyt .az-ın RİaNovosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bəyan edib.

İslamazeri.com xəbər verir ki, Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas İsrailin Qəzza sakinləri olan fələstinlilərə atəş açmasını pisləyib. O şənbə gününü "ümumi matəm" elan edib.

İranın XİN başçısı Məhəmməd Cavad Zərif özünün tvitter səhifəsində məsələyə münasibət bildirib.

"Həzrət Musanın(ə) və xalqının zülm və zorakılıqdan xilas olmasını xatırladan mübarək bayramın axşamında, zalım sionistlər ölkələri əllərindən alınmış fələstinlilərin üzləşdikləri əsirlikdən və amansız durumdan xilas olmaq üçün təşkil etdikləri dinc yürüşə hücum edərək, onları amansız şəkildə qətlə yetiriblər. Bu rüsvayçılıqdır.", -deyə Zərifin tvitində qeyd edilib:

Resmi Twitter'da görüntüleResmi Twitter'da görüntüle

On the eve of Passover (of all days), which commemorates God liberating Prophet Moses and his people from tyranny, Zionist tyrants murder peaceful Palestinian protesters—whose land they have stolen—as they march to escape their cruel and inhuman apartheid bondage. .


"Hizbullah": Şəhadətiniz mübarək olsun!

Məsələyə Livan "Hizbullah"ı da münasibət bildirib. Müqavimət hərəkatının bəyanatında bildirilir ki, baş verənlər bir daha sübut etdi ki, Fələstin idealogiyası hələ də sağdır və Fələstin xalqı işğal edilmiş ərazilərinin azadlığı yolunda hər an ən dəyərli qurbanlarını təqdim etməyə hazırdır.

İRNA bildirir ki, Livan "Hizbullah"ı Fələstin xalqının qəhrəmanlıqlarını alqışlayıb və daim Fələstin xalqının yanında olduğunu, fələstinlilərin işğalçılar qarşısındakı mübarizəsini dəstəklədiyini elan edib.

Müqavimət hərəkatı qətlə yetirilənlərin ailəsinə başsağlığı verərək, yaralılara Allahdan şəfa istəyib. "Hizbullah" fələstinlilərin bu mitinqini "fədakarlıq və qəhrəmanlıq" adlandırıb.

BMT...

BMT-nin Təhlükəsizlik Komitəsi Küveytin tələbilə İsrailin bu hücumunu müzakirə etmək üçün biraraya gəlib. Məlumata görə, BMT-nin Təhlükəsizlik Komitəsində çıxış edən Mahmud Abbas İsraili mülkü vətəndaşları qətlə yetirdiyini görə, beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildirib.

BMT-nin baş katibi Antonio Guterres məsələnin araşdırması üçün müstəqil və şəffav araşdırmaya ehtiyac olduğunu, lakin İsrailin insan haqları məsələsində qaydalara əməl etməli olduğunu bildirib.  BMT iclasında İsrail iştirak etməsədə, Qəzzadakı olaylar pislənilib, lakin sionist rejimə qarşı heç bir addım atılmayacaq.

Türkiyə XİN olaylara münasibət bildirdi...

"İsrailin Qəzzada həyata keçirdiyi dinc aksiyalara qatılan fəlsətinlilərə qarşı güc tətbiq etməsini şiddətlə qınayırıq. İsrail güc strukturlarının müdaxiləsi nəticəsində yaşanmaqda olan qətl və yaralanmalara görə narahatçılığımızı bildiririk. İsrailin bölgədə gərginliyi artıracaq güc istifadə etməsinə son verməsi lazımdır. Beynəlxalq toplumu İsrailin bu təcavüzkar addımlardan vaz keçməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə dəvət edirik.", -deyə XİN-in bəyanatında bildirilir.

Ərəb liqası, İordaniya və Misir də İsrailin hücumlarını pisləyib...

İordaniyanın İnformasiya naziri Məhəmməd Əl-Momani ölkəsinin İsrailin bu addımlarını pislədiyini, dinc mitinq iştirakçıalrına qarşı hücumua görə məsuliyyət daşıdığını bildirib. Misir XİN İsrailin bu hücumlarını pisləyərək, sionist rejimi silahsız mülkü vətəndaşlara qarşı bu cür addımları təkrarlamağa çağırıb.

Ərəb Liqası ölkələri də, bu hücumları pisləyərək, İsraili dinc etirazçılara qarşı güc tətbiq etməsini tənqid edib.


Qeyd edək ki, dünən saat 12-də Qəzzada 30 mindən çox insan İsrail rejiminə etiraz əlaməti olaraq kasiya keçirib. Aksiyaya hücum edən sionistlər 16 nəfərin ölümünə, minlərlə fələstinlinin yaralanmasına səbəb olub 



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Mart, 2018  14:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!