إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Livan paytaxtının yarısı dağılıb və xəsarət alıb - Beyrut qubernatoru

"Partlayış nəticəsində paytaxt Beyrutun tikililərinin yarısı ya dağılıb ya da xəsarət alıb.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bunu Beyrutun qubernatoru Qazi Mərvan Abud paytaxtın aidiyyatı qurum rəhbərlərilə birgə keçirilən toplantıda deyib.

Bildirilib ki, ötən günkü partlayış Livan paytaxtının yarısını dağıdıb və ya onlara xəsarət yetirib.

O, bu hücumun xəsarətlərini 1982-ci ildə İsrailin Beyruta etdiyi hücumun xəsarətlərinə bənzədib.

Qubernator həmçinin bu partlayışı Hiroşima və Naqazaki hücumunun nəticələrilə müqayisə edib.

Qeyd edək ki, Beyrutdakı partlayışın səsi ölkənin cənub rayonlarında və hətta Aralıq dənizində yerləşən Kiprdə də eşidilib.

Rəsmi məlumatlara görə, partlayış zamanı həyatını itirənləri sayı 100 nəfəri ötüb və bu artmaqda davam edir. Yaralıların sayının 4 min nəfərdən çox olduğu qeyd edilir.

Livan hökuməti ölkədə matəm elan edib. Beyrut fəlakətin baş verdiyi şəhər elan edilib.

Xatırladaq ki, partlayış Beyrut limanının  6 il öncə müsadirə edilən 2700 ton amohium nitrat maddəsinin yığıldığı 12-ci anbarında baş verib.Həmçinin limanda olan pirotexnik vastələrin daşındığı bir gəmidə də partlayış baş verməsi barədə də məlumatların olduğu bildirilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2020  10:43 Çap

Bu bölmədə


Xəbər lenti



21 Sentyabr, 2020  12:25












© 2020 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com