|
• DünyadaHindistanlı müsəlman din xadimləri internetdə kampaniyaya başlayırHindistanın Qərbi Benqal əyalətində olan ruhanilər və məscid imamları sosial şəbəkələrdə İslam dininin təbliği üçün kampaniyaya start verib. Ahlibeyt.az-ın Maide.az-a istinadla verdiyi xəbərə görə, həqiqi İslam təlimlərini təbliğ etmək məqsədi ilə başladılan bu kampaniyada radikalizm, dini təəssübkeşlik və bu kimi hallarla mübarizə aparılacaq. Kampaniya "Faceebok", "Twitter" və "Whatsapp" qruplarında aparılacaq. Din alimləri ilə yanaşı, eləcə də universitet müəllimləri və həkimlər də kampaniyaya qoşulub. Qeyd edək ki, bir həftə öncə Hindistanın Badurya, Basirət və bir neçə digər kəndlərində müsəlmanlar əleyhinə zorakılıq baş verib. Bu zorakılıqlar "facebook"da müsəlmanlara qarşı çağırışdan sonra baş verib. Hücum edən şəxslər müsəlmanların evlərinə hücum edib və avtomobillərini yandırıb. Hindistanlı ruhanilər bunun ardınca sosial şəbəkələrdə ekstrimizm və zorakılıqla mübarizə aparmaq və həqiqi İslamı təbliğ etmək məqsədilə belə bir kampaniyaya start verib. Kolkata şəhərinin imama camaatı Fəzl Rəhman bildirib ki, hazırda bu kampaniyaya daha çox ehtiyac var. "Sosisal şəbəkələr güclü KİV vasitəsidir və bu şəbəkələr vasitəsi ilə bəzi yalnış anlamalar və ifratçılıq təbliğ olunur. Biz də qərara gəldik ki, elə sosial şəbəkələr vasitəsilə ifratçılqla mübarizə aparaq”. O deyib ki, hazırda biz bu kampaniyanı irəli aparmaq üçün gənc kadrlar toplayırıq. Onların öhdəliyi həqiqi İslamı təbliğ etməkdir. İslam öldürməyə icazə vermir. İslam sülh və dostluq dinidir. Kampaniya çərçivəsində İslam və Quran təlimləri səs və vidoe materiallarla yayımlanacaq. Materiallar ərəb, urdu, hind, ingilis və benqal dilində hazırlanacaq və sosial şəbəkələrdə paylanılacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2017 15:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |