إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işi gücləndiriləcək

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu arasında 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Ahlibeyt.az xəbər verir ki, bu barədə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatında bildirilir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu arasında 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Tədbirlər Planı çərçivəsində Penitensiar Xidmətin əməkdaşları üçün müvafiq mövzuda təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2023  10:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!