إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BƏƏ-nin xeyriyyə cəmiyyəti tərəfindən 64 ölkədə “Oruclara iftar” layihəsi icra edildi

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) "Məhəmməd ibn Rüşd Ali Məktum" xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə dünyanın 64 ölkəsində "oruclara iftar" layihəsi həyata keçirilib.

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dubay merinin mədəniyyət məsələləri üzrə müşaviri İbrahim Məhəmməd Bu Məlhə açıqlama verib.

Mübarək Ramazan ayı münasibəti ilə həyata keçirilmiş bu layihədə dünyanın müxtəlif ölkələrinə imkansız müsəlmanlara qida məhuslları ehsan edilib.

Bəzi Ərəb, müsəlman ölkələri və müsəlmanlar yaşayan ölkələrdə icra edilən bu layihə üçün 12 milyon 170 min büdcə xərclənib və layihə çərçivəsində 56 min 506 müsəlman ailəsinə maddi kömək edilib.

Layihə çərçivəsində İordaniya, Fələstin, Suriya, İraq, Livan, Misr, Sudan, Tunis, Mərakeş, Mavritaniya, Seneqal, Efiopiya, Braziliya, Uqanda, İspaniya, Kozova, Əfqanıstan, Pakistan, Tacikistan, İndoneziya, Hindistan, Qazaxıstan, Yapon və Taylandda yaşayan yoxsul və imkansız müsəlman ailələrə  maddi köməklik göndərilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2018  11:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!