|
• DünyadaƏbülfəs Qarayev: Ermənilərin biabırçı hərəkətləri YUNESKO-da pislənildi"Ermənilərin YUNESKO-da irəli sürdüyü təkliflərin böyük əksəriyyəti dəf olundu, onların biabırçı hərəkətləri pislənildi". Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dolma hazırlama və paylaşma ənənəsinin və kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini şərh edərkən deyib. Nazir qeyd edib ki, regionda bir-birinə bağlı məsələlər çoxdur: "Köçəri" rəqsi məsələsi ilə bağlı demək istərdim ki, türk dilində olan “köçəri” sözü bir yerdən başqa yerə köçmək mənasındadır. Biz növbəti toplantı üçün Azərbaycan xalqına və bütün bölgəyə aid olan rəqslərin faylını təqdim etmişik. Düşünürəm ki, bu da uğurla nəticələnəcək. Görün, nə qədər gözəl silsilə əmələ gəlir: muğam, tar və kamança YUNESKO-nun siyahısında daxil edilib. Bütün bunlara görə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirməliyik. Çünki Mehriban xanımın YUNESKO səviyyəsində gördüyü böyük işlər göz qabağındadır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2017 09:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |