|
|
Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı yekunlaşıbAzərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın şimal bürosunun məlumatına əsasən, bir həftə davam edən əməliyyat bu gün başa çatıb. Bu barədə Apa-nın yerli bürosuna hüquq-mühafizə orqanlardan məlumat verilib. Qeyd edək ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilib. Əməliyyatlarla əlaqədar Rusiya ilə sərhəd rayonlarında polis postları qurulmuşdu. Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2019 10:00 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |