25 Noyabr, 2019
Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb

Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın şimal bürosunun məlumatına əsasən, bir həftə davam edən əməliyyat bu gün başa çatıb.

Bu barədə Apa-nın yerli bürosuna hüquq-mühafizə orqanlardan məlumat verilib.

Qeyd edək ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilib.

Əməliyyatlarla əlaqədar Rusiya ilə sərhəd rayonlarında polis postları qurulmuşdu. Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9962.html