إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında protokol imzalanıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-dən etibarən Səudiyyə Ərəbistanında səfərdədir. QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, səfər Azərbaycanın həcc missiyası tərəfindən builki həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilir.
Aprelin 2-də A. Paşazadə Səudiyyə krallığı həcc nazirinin həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşüb. Görüşdə azərbaycanlı zəvvarların builki həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi və ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilmələri ilə bağlı digər məsələlər müzakirə edilib. Növbəti həcc mövsümünə dair Azərbaycan həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanıb.
Aprelin 3-də A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ciddə şəhərində Səudiyyə Ərəbistanının həcc naziri, doktor Bəndər bin Məhəmməd tərəfindən qəbul edilib. Daha sonra şeyxülislam mənzil-qərargahı Ciddədə yerləşən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb. Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanla İƏT arasında mövcud yüksək əməkdaşlıq əlaqələrindən, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərindən söhbət açılıb. A. Paşazadə E. İhsanoğlunun Azərbaycana səmimi münasibətindən razılıqla danışaraq, Xocalı soyqırımı ilə bağlı İƏT-in ardıcıl və ədalətli mövqeyinə görə minnətdarlığını bildirib.
Görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev iştirak edib. Səfər davam edir.

apa.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2012  17:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!