إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Honkonq hökuməti müsəlmanlardan üzr istəyib

Honkonq hökuməti polisin mürəkkəbli su şırnağı ilə etiraz aksiyasını dağıtmağa çalışdığı zaman təsadüfən yerli məscidi də nişan almasına görə İslam icmasından üzr istəyib.

Ahlibeyt.az Islam.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Honkonq administrasiyasının rəhbəri Kerri Lem və şəhər polis rəhbəri baş imamdan və müsəlman icmasının rəhbərlərindən üzr istəmək üçün Koulun məscidini ziyarət ediblər.

Honkonq İslam İcması Fondunun fəxri katibi Səid Uddinin sözlərinə görə, məscid rəhbərliyi üzrü qəbul edib.

Xatırladaq ki, bazar günü keçirilən mitinq zamanı polis məscidin qarşısında toplaşan nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından mavi mürəkkəblə "atəş açıb". Polis bu hadisənin təsadüf olduğunu elan edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2019  10:00 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!