|
• DünyadaTbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib - FOTOGürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “İnsanlıq və mənəvi dəyərlər uğrunda fədakarlıq” mövzusunda konfrans keçirilib.
Ahlibeyt.az-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alulbeyt Dini Mədəniyyət Mərkəzi”ndə keçirilən konfransda dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, din xadimləri, dini icma təmsilçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edib. Tədbir Vidadi Qurbanovun Quran-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Daha sonra konfransın moderatoru Kamran Məmmədov sözü ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidova verib. O konfrans iştirakçılarını salamlayaraq, konfransın məqsəd və amalını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonra söz Dini Məsələlər Üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, İran İslam Respublikasının Ali Dini rəhbərliyin nümayəndəsi Höccətülislam Seyid Əli Əkbər Ocaqnejad, Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem, Gürcüstan Patriarxiyalılığının nümayəndəsi Dekanoz Davit Tvalkadze, din alimi Məhəmməd Baqir Saivər, İslamazeri İnternet Qəzetinin baş redaktoru Ramin Bayramov və başqa elm adamları çıxış ediblər. Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla vaqiəsi, Aşura məktəbindən alınan dərslər və mənəviyyat uğrunda fədakarlıqlarından bəhs edərək, mövzuları müasir zamana tətbiq etməyə çalışıblar. Tədbirin sonunda İmamın (ə) Kərbəla qiyamı, həyatı, Qərb alimlərinin İmam Hüseyn (ə) haqda dedikləri kəlamlardan bəhs edən tablolar sərgilənib. Qeyd edək ki, konfransın çıxışları Azərbaycan və Gürcü dillərinə sinixron təcümə olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Oktyabr, 2019 10:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
21 Sentyabr, 2024 10:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |