إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəsmi Dəməşqlə kürd bölmələri arasında anlaşma - Bölgəyə hərbi qüvvə toplanılır

Suriya Ordusu Fəratın şərqində kürd bölmələrinin olduğu bölgədə hərbi qüvvələrini yerləşdirməklə yanaşı İdlib əyalətinin cənubuna da hərbi qüvvələr toplayır.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews-un məlumatına əsasən, Suriya mətbuatı hərbi mənbələrə istinadla bəyan edib ki, ordu İdlibin cənub bölgələrinə böyük hərbi qüvvələr toplayır və məqsəd burada başda "ən-Nusra Cəbhəsi" olmaqla radikal qruplaşmalara qarşı hərbi əməliyyatı başlatmaqdır.

Kürd bölmələrinin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri" ilə rəsmi Dəməşq arasında əldə edilən anlaşmanın detalları açıqlanıb. Bu anlaşmaya əsasən Suriya Ordusu Fəratın şərqindəki bölgələrə daxil ola bilər. Artıq Suriya Ordusu bəzi bölgələrə daxil olub.

ABŞ qüvvələrinin bölgədən çıxması və Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatı fonunda kürd bölmələri ilə rəsmi Dəməşq arasında əldə edilən hərbi anlaşmanın detalları açıqlanıb.

Bu razılaşmada deyilir:

"Suriya hökuməti ilə SDQ-i arasında əldə edilən razılıqda deyilir: SDQ, (kürd bölmələri) Suriya Ordusunun Fəratın şərqinə daxil olaraq, Eyn-Divardan (şərq - İraq sərhədi) Carablusa qədərki (qərbdə Hələb əyalətinin şimalı) əraziləri nəzarətə götürməsinə razılıq verib.

Bu razılaşmanın həyata keçirilməsi üç istiqamətdən baş tutacaq:

1-Təbəqa şəhərindən (Rəqqa əyaləti) şimala Eyn-İsa şəhərinə və onun kəndlərinə doğru, oradan da şimala Türkiyə sərhədlərinə qədər və Təll-Əbyəddən qərbə doğru.

2-Mənbicdən (Fəratın qərbi) Eynul-Ərəbə (Türkiyə sərhədində yerləşən Kobani şəhəri) doğru

3- Həsəka əyaləti istiqaməti; Təll-Təmr qəsəbəsindən Rəsul-Eynə doğru. Oradan da şərq istiqamətdə əl-Malikiyyə və Qamışlıya doğru."

Razılaşmanın davamında deyilir:

"Bununla da Suriya Ordusu Fəratın şərq və şimal-şərqində yerli hərbi şuralarla (kürd bölmələri) koordinasiya etməklə nəzarət edir. SDQ (kürd bölmələri) təkidlə bildirir ki, Suriya Ərəb Respublikasının bayrağı altında ölkənin ərazibütövlüyü, vahidliyi və sabitliyinə riayət edir və prezident Bəşər Əsədin rəhbərliyi altında Türkiyənin təhdidlərinə qarşı Suriya Ordusu ilə birgə mübarizəyə hazırdır."

Qeyd edək ki,Razılığa əsasən Suriya Ordusu Fəratın şərqində bütün həssas bölgələrdə hərbi qüvvələr yerləşdirib. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Suriya Ordusunun bölgədə toplaşmasının zərərli olmayacağını bildirib, lakin PKK-nın bölgəni tərk etməsini istəyib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2019  10:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!