إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslamofobiya ilə mübarizə üçün 3 ölkə birgə televiziya kanalı quracaq

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, Malayziyanın Baş naziri Mahathir Muhammed və Pakistanın Baş naziri İmran Xan, BMT Baş Assambleyasının 74-cü sessiyası münasibəti ilə getdikləri Nyu-Yorkda üçtərəfli görüş keçiriblər.

Ahlibeyt.az-ın Faktxəbər-ə istinadən məlumatına görə, "Prezident Ərdoğan, Baş nazir Mahathir və mən bu günki yığıncaqda üç ölkənin ortaq olaraq, İslamofobiya ilə bağlı ortaya çıxan çətinliklərlə mübarizə və ali dinimiz İslam haqqında anlaşılmazlıqları düzəltmək üçün İngilis dilində bir kanal yaratmağa qərar verdik", deyə Xan sosial media hesabından paylaşıb.

İnsanları müsəlmanlara qarşı çıxaran yanlış təsəvvürlərin bu şəkildə düzəldiləcəyini deyən Xan, dini dəyərlərə təhqir məsələsi doğru şəkildə  izah ediləcəyini, insanları müsəlmanların tarixi haqqında məlumatlandırmaq, maarifləndirmək üçün filmlər və seriallar çəkiləcəyini, müsəlmanlar üçün xüsusi bir medianın açılacağını söyləyib.

President Erdogan, PM Mahatir and myself had a meeting today in which we decided our 3 countries would jointly start an English language channel dedicated to confronting the challenges posed by Islamophobia and setting the record straight on our great religion - Islam.

25.2K people are talking about this



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2019  11:20 Çap

Bu bölmədə


Xəbər lenti















© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com