إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İndoneziyada Quran tarixi muzeyi açıldı

İndoneziyanın şimali Sumatra əyalətinin Medan şəhərində "Quran Tarixi Muzeyi"nin açılış mərasimi keçirilib.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, İndoneziyanın Quran tarixi muzeyində Qurani-Kərimin qədim və tarixi əlyazma nüsxələri saxlanılır. Muzeyin açılışı münasibəti ilə 22 əlyazma Quran nüsxəsi sərgiyə çıxarılıb. Nümayiş olunan Quran nüsxələrindən biri İndoneziyanın ən qədim əlyazma Quran nüsxəsi olub.

Şimali Sumatranın qubernatoru Edi Rəhmayadi muzeyin açılış mərasimində bildirib ki, muzeydə Qurani-Kərimin qədim və tarixi əlyazma nüsxələri saxlanılır:

"O cümlədən Şimali Sumatranın Barus əyalətinə aid olan əlyazma Quran nüsxəsi də bu muzeydədir. İslam dini ilk dəfə bu bölgəyə həmin əyalətdən yayılmağa başlayıb.

Biz bu regionda geniş araşdırma apardıqdan sonra müxtəlif yerlərdən qədim Quran nüsxələrini toplaya bildik. Bu Quran nüsxələrinin bəzilərinin yaşı 250 ildən də çoxdur. Muzeydəki ən qədim Quran nüsxəsi hicri-qəməri tarixi ilə 1070-ci ilə aiddir. Əlbəttə araşdırmalar  göstərir ki, bu əyalətdə daha çox əylazma və qədim Quran nüsxələri mövcuddur və biz onları tapmağa çalışacayıq."


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2019  10:00 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!