|
• DünyadaCavad Zərif Nyu -Yorkda Fars körfəzinin təhlükəsizliyi ilə bağlı açıqlama verdiİran XİN rəhbəri Körfəz ölkələrinin iştirakı ilə koalisiya yaradılmasını təklif edib. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, İran Fars körfəzində BMT-nin himayəsi altında İraq, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman və Küveytin iştirakı ilə təhlükəsizlik koalisiyası yaradılmasını təklif edir. Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-də jurnalistlər üçün hazırlanan səhər yeməyində məlumat verib. "Körfəzdəki bu təhlükəsizlik koalisiyasına ilk öncə İran, İraq, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt və ehtimal ki, Yəmən daxil olmalıdır. Yəmənin ora daxil olmasına qarşı deyilik, amma indi orada nələrin baş verdiyi aydın deyil", - deyə İran XİN başçısı bildirib. Onun sözlərinə görə, koalisiyanın BMT-nin himayəsi altında fəaliyyət göstərəcəyi güman edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2019 09:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |