إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlmanların bütün problemlərinin səbəbi Müaviyə və Əbu Süfyandır! (video)

BƏƏ-də yaşayan İraqın əhli-sünnət alimi Şeyx Əhməd əl-Kubeysi müsəlmanların problemlər içərisində yaşamalarına səbəb kimi Əməvilərin ilk xəlifəsi Müaviyəni və onun atası Əbu Süfyanı göstərib.

"Dubay 1" televiziya kanalında çıxışı zamanı Şeyx Əhməd əl-Kubeysi deyib ki, bütün vücudumla Allaha and içirəm ki, müsəlmanların yaşadıqları bütün problemlərin səbəbi Müaviyə və onun atasıdır. əl-Kubeysi vahhabilərin Müaviyəni müdafiə etmələrinə işarə edərək bildirib ki, vahhabilər Müaviyəyə bağlılıqlarını bildirərək onu müdafiə edirlər, halbuki o minbərdən Əlini(ə) lənətləyirdi.

əl-Kubeysi veriliş zamanı həmçinin əhli-sünnənin və şiənin yekparça olduğunu bildirərək Əlinin(ə) yaxud Müaviyənin davamçısı olmaq lazımdır sualına cavab olaraq deyib ki, Əlinin(ə) davamçısı olun ki, Qiyamət günü də onunla məşhur olasınız.

Şeyx Əhməd əl-Kubeysinin bir neçə gün bundan öncə yayımlanan çıxışı BƏƏ-də yaşayan vahhabilərin etirazına səbəb olub. Və onlar əl-Kubeysinin ölkədən qovulmasını tələb ediblər.

 

 

abna.ir

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2012  02:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!