إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli toplantısında yekun bəyanat verilib

Ankarada Türkiyə, İran və Rusiya prezidentlərinin ötən gün axşam keçirilən üçtərəfli toplantısının ardından Suriya ilə bağlı yekun bəyanat verilib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews  Anadolu Agentliyinə istinadla xəbər verir ki, üçtərəfli görüşün yekun bəyanatında Suriyanın vahidliyinin qorunması, ölkənin parçalanmasının, separatçı fəaliyyətlərinin artmasının qarşısını almaq, terrorla mübarizə,  Suriyanın istiqlaliyyəti və ərazibütövlüyünü təmin etmək, qaçqınlara daha çox yardımların ayrılması, ölkənin yenidənqurmasına və gələcək konstitusiyanı yazan komitəyə dəstək və sair məsələlər yer alıb.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının İsrail tərəfindən işğal edilmiş Colan bölgəsi ilə bağlı 497-ci qətnaməsi xüsusi şəkildə qeyd edilib və ABŞ-ın bu qətnaməni kobud şəkildə pozaraq, Colanı İsrail ərazisi kimi tanıması pislənib. Bəyanatda ABŞ-ın Suriyada Colanla bağlı, Fəratın şərqi və cənubla bağlı ölkəni parçalaya bilən addımlarının qarşısının alınması tələb edilib.

Məlumata görə 14 bənddən ibarət olan bu bəyanatda İraq və Livanın da müşahidəçi qisdmində gələcək toplantıya qatılması təsdiqini tapıb.

Növbəti üçtərəfli görüş Tehranda keçiriləcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2019  10:47 Çap

Bu bölmədə


Xəbər lenti















© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com