إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

AYB-nin üzvləri İranda keçirilən XIV Beynəlxalq Rəzəvi Şeir Festivalında - Foto

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində XIV Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib.

Türkdilli şairlərin qatıldığı festivala 250 əsər təqdim olunub. Təqdim edilən əsərlərdən ikisi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin üzvlərinin əsərləridir.

Ölkəmizi festivalda AYB-nin Xəzər bölməsinin üzvləri Nicat Nəsri və Adil Əkbər təmsil edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, AYB-nin Xəzər bölməsindən AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivalda münsiflər arasında bölmənin sədri Arif Buzovnalı da yer alıb.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən festivalın təşkilatçıları iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Festivalın sonunda ən gözəl 12 əsər müəllifinə diplom və hədiyyələr təqdim olunub.

1

1

1

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2019  10:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!