إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Aşura şəhidləri arasında olan Peyğəmbər səhabələri

Aşura günü Kərbəlada şəhid olanlar arasında həm səhabə (Peyğəmbəri görənlər), həm də tabiin (Peyğəmbəri deyil, səhabələri görənlər) təbəqəsinə aid şəxslər olmuşdur. Səhabələrin sayı barədə məlumatlar fərqlidir.

Aşura şəhidlərinin arasında Peyğəmbər səhabələrindən neçə nəfər var idi?

Aşura günü Kərbəlada şəhid olanlar arasında həm səhabə (Peyğəmbəri görənlər), həm də tabiin (Peyğəmbəri deyil, səhabələri görənlər) təbəqəsinə aid şəxslər olmuşdur. Səhabələrin sayı barədə məlumatlar fərqlidir.

Əksər mənbələrin verdiyi məlumata görə aşağıdakı üç Kərbəla şəhidi səhabə olmuşlar: Müslim ibn Ovsəcə Əsədi, Əbdürrəhman ibn Əbdirəbbih Ənsari və Ənəs ibn Haris Kahili. Onların yaşının 70-dən yuxarı olduğunu yazırlar.

Daha bir neçə nəfərin isə səhabə yaxud tabiindən olması dəqiq deyil. Bunlara Həbib ibn Müzahir, Cündəb, Əmmar, Şəbib, Cünadə, Mücəmme, Müslim ibn Küseyr adlı şəhidlər aiddir.

Mənbə:İslam.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2022  11:50 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!