|
• Dünyadaİslam Əməkdaşlıq Təşkilatının təcili toplantısı çağrılırİsrail baş naziri Benyamin Netanyahunun fələstinlilərə qarşı yeni ərazi iddiasından sonra İslam Əməkdaşlqı Təşkilatı üzv ölkələri təcili toplantı keçirməyə çağırıb. Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı rəsmi twitter səhifəsində bəyanat verib. Bəyanatda bildirilib ki, bir sıra ərəb və müsəlman ölkələrinin tələbi ilə sentyabr ayının 15-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək. Təcili toplantı ölkələrin xarici işlər nazirləri müstəvisində keçiriləcək. Əlavə edilib ki, bu təcili toplantının keçirilməsi zərurəti o zaman meydana gəlib ki, Benyamin Netanyahu Fələstin ərazilərinə qarşı yeni iddia irəli sürüb və bu iddiada İordan çayının qərbində, Ölü dənizinin şimalı və İordan çayının vadisindəki ərazilərdə İsrailin hakimiyyətinin təmin edilməsini vəd verib. Qeyd edək ki, BMT və Avropa İttifaqı da İsrail baş nazirinin bu çıxışını qınayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2019 12:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |