إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

GMİ şeyxinin iştirakı ilə Tbilisidə izdihamlı Aşura mərasimi keçirilib - FOTO

Gürcüstanın müxtəlif şəhərləri o cümlədən paytaxt Tbilisi izdihamlı Aşura mərasiminin şahidi olub.

Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, Gürcüstanın bir çox şəhər və kəndlərində olduğu kimi paytaxt Tbilisidə Cümə məscidində 10 günlük Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə izdihamlı şəkildə keçirilib.

Aşura günü(10 sentyabr) Tbilisi cümə məscidinə toplaşan yüzlərlə əhlibeytsevər insan İmam Hüseynin və o həzrətin Kərbəla səhrasında şəhid olan 72 səhabəsi barəsində xütbələr və mərsiyələr dinləyiblər.

Mərasim çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov İmam Hüseynin həyat yolundan onun şəhidlik məqamının islam ümmətinin ayıqlığı və saədətinə verdiyi töhfələrdən danışıb.

Tbilisi ilə yanaşı Gürcüstanın Marneoli, Qardabani, Bolnisi şəhərləri və onların kəndləri də Aşura mərasimlərinin şahidi olub.

1

1

1

1



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Sentyabr, 2019  10:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!