إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İndoneziyanın kitab sərgisində 5 min Quran tərcüməsi nümayiş edilib

İndoneziyanın beynəlxalq kitab sərgisində bu ölkədə yaşayan tayfaların dilində beş min Quran tərcüməsi nümayiş olunub.

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat nazirliyi bu sərgidə beş min nüsxədən çox Quran və Quranın tərcüməsini satışa çıxarıb.

Quran nüsxələri Ərəbistanın "Məlik Fəhəd Quran Nəşriyyatı tərəfindən nəşr edilib.

Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat nazirliyi Qurani-Kərimin tərcüməsindən əlavə İslami elmlər barədə kitablar da sərgiyə çıxarıb.

Bildirilir ki, İndoneziya da keçirilən beynəlxalq kitab sərgisi 4 - 8 sentyabr tarixlərində davam edəcək.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2019  12:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!