|
• DünyadaKitablarımız Beynəlxalq müsabiqədə mükafatlandırılıbAzərbaycan kitabları MDB ölkələri “Kitab incəsənəti” 26-cı Beynəlxalq müsabiqəsinin qalibi olub. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, “Şərq-Qərb” Nəşriyyatında çap olunan Nizami Gəncəvinin “Xosrov və Şirin poeması” kitabı beynəlxalq müsabiqənin “Qran-Pri” mükafatına layiq görülüb. Rusiya paytxatında keçirilən 32-cı Beynəlxalq Moskva Kitab Yarmarkası çərçivəsində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin, yarmarkada təmsil olunan Azərbaycan Nəşriyyat evlərinin və kitab mərkəzlərinin nümayəndələri iştirak ediblər. MDB-nin 7 ölkəsinin (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirak etdiyi müsabiqə Azərbaycan kitabları üçün uğurlu olub. Belə ki, “Şərq-Qərb” Nəşriyyatında çap olunan Nizami Gəncəvinin “Xosrov və Şirin poeması” kitabı beynəlxalq müsabiqənin “Qran-Pri” mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda iştirak edən daha 11 kitabımız mükafat və diplomlara layiq görülüblər. Bundan başqa MDB ölkələri arasında ən yaxşı kitab ticarəti mərkəzi nominasiyasının qalibi açıqlanıb. Bakı Kitab Mərkəzi bu nominasiyanın qalibi olub. Mükafat Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızına təqdim olunub. Qeyd edək ki, 32-ci Moskva Beynəlxalq Kitab Yarmarkası sentyabrın 8-dək davam edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2019 12:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |