|
• Dünyadaİran nüvə sazişində tədqiqatlarla bağlı bütün öhdəliklərini dayandırdığını elan edibİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə anlaşması ilə bağlı öhdəliklərin azaldılmasının üçüncü mərhələsinin başlaması ilə əlaqədar Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə məktub göndərib. Ahlibeyt.az-ın məlumatına görə, Apa “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi bildirib. “Xarici işlər naziri bu gün xanım Moqeriniyə məktub göndərib”, - Musəvi belə deyib. Onun sözlərinə görə, mesajda deyilir ki, “bu gündən etibarən Tehran tədqiqat fəaliyyəti ilə əlaqədar nüvə sazişinə dair bütün öhdəliklərin icrasını dayandırır". Həmçinin məktubda İranın bütün sahələrdə nüvə sazişinin qalan hissəsi ilə danışıqlar aparmağa hazır olduğu vurğulanır. Qeyd edək ki, İran prezidenti Həsən Ruhani sentyabrın 4-də öz açıqlamasında Tehranın sentyabrın 6-da nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsinə başlayacağını bildirib. Onun sözlərinə görə, ölkə atom tədqiqatında məhdudiyyətlərə riayət etməkdən imtina edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2019 11:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |