|
• Dünyadaİstanbulda “İƏT Gənclər günü” Forumu keçirilirBu gün Türkiyənin İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü” Forumu başlayıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure və digərləri də iştirak edir. Tədbirdə çıxış edən Azad Rəhimov İCYF-in çox böyük inkişaf yolu keçdiyini, ötən dövr ərzində İƏT üzvü ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu qeyd edib. Nazir Azərbaycan hökumətinin İCYF-nı daim dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında Bakıda İslam Əməkdaşılığı Gənclər Forumunun Baş Assambleyasının keçildiyini diqqətə çatdırıb, eyni zamanda, İstanbulda İCYF-nın baş qərargahının açılışında da Azərbaycan Prezidentinin iştirak etdiyini bildirib. Nazir vurğulayıb ki, həmin gün 3 sentyabr tarixinin İslam Konfransı təşkilatı tərəfindən İslam ölkələri “Gənclər günü” kimi qeyd olunması haqqında qərar qəbul edilib. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqda danışan nazir Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən ölkədə “2 Fevral Gənclər günü”nün qeyd edildiyini bildirib: "Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlik Dövlət proqramları, Strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan artıq Gənclər Mərkəzləri mövcuddur. 300-dən çox Gənclər Təşkilatları fəaliyyət göstərir.” A. Rəhimov forum çərçivəsində Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru, xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure, eyni zamanda, Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğanla görüş keçirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2019 15:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |