|
• DünyadaQuranın tərcüməçisi İman Valeriya Poroxova 79 yaşında vəfat edibMoskvada Quranın tərcüməçisi milliyyətcə rus olan İman Valeriya Poroxova vəfat edib. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə rusiyalı din və siyasi xadim Əli Vyaçeslav Polosin sosial şəbəkədə məlumat yayıb: “İman Valeriya Poroxova bizi tərk etdi... O, rus zadəganlarındandır. Valideynləri Stalin rejimi tərəfindən repressiyanın qurbanı olub. Çətin bir həyat yolu keçib və İslama gəldi. O, yalnız Quranı rus dilinə tərcümə etmədi, eyni zamanda Quranın gözəlliyini, İslamın gözəlliyini göstərdi, cəmiyyətdə unudulmuş yaxşılıq və humanizm normalarının Quranda təcəsüm olunduğunu göstərdi". Qeyd edək ki, İman Valeria Poroxova rusiyalı peşəkar sinxron tərcüməçi, müsəlman ictimai xadimi idi. O həm də Quranın rus dilinə semantik tərcüməsinin müəllifi kimi də tanınır. Bu günə qədər tərcümə etdiyi Quran 12 dəfə nəşr edilib. Sabah günorta namazından sonra Moskvanın Mira prospektində yerləşən Katedral Məscidində Poroxova ilə vidalaşma mərasimi olacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2019 10:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |