إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyənin Yəməndə həbsxananı bombalaması nəticəsində ölənlərin sayı 100-ü keçib

Səudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri Yəmənin Zimar əyalətində bir həbsxanaya 7 aviazərbə endirib. Burada ölənlərin sayı azı 100 nəfər təşkil edir.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews FransPress-ə istinadla xəbər verir ki, bu barədə Qırmızı Xaç cəmiyyətinin Yəmən nümayəndəliyi məlumat verib.

Bildirilib ki, beynəlxalq cəmiyyətin Yəmən üzrə nümayəndəliyinin sədri Frens Ravixnşteyn Zimarada baş verən hadisənin yerinə baş çəkib və burada azı 100 məhbusun ölümü təsdiqini tapıb.

Qırmızı Xaç Cəmiyyətinin açıqlamasında məlumat verilib ki, onlar burada məhbusların saxlanılmasını bilir və ölkədə məhbusların mübadiləsi anlaşmasının bu həbsxanadakılara da şamil olacağını nəzərdə saxlamışdılar.

Bundan öncə Səudiyyə Ərəbistanı koalisiyası Zimarda husilərin bir hərbi mövqeyini vurduğunu bildirib.

Qeyd edək ki, öldürülən və yaralanan 170 məhbus elə Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumətin sabiq qüvvələri olublar. Husi mənbələri bildirib ki, onlar, ölkədə atəşkəs və əsirlərin mübadiləsi məsələsində bu məhbusların mübadiləsini də nəzərdə tutmuşdular.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2019  10:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!