|
• Dünyadaİraqı Suriyaya birləşdirən ən böyük sərhəd keçidi gələn ay açılırİraqı Suriyaya birləşdirən və Bağdad-Dəməşq yolunun keçdiyi Bu-Kamal - əl-Qaim sərhəd keçidi gələn ayı açılır. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bu barədə İraqın əl-Ənbar əyalətinin əl-Qaim qəzasının başçısı Əhməd Cudyan məlumat verib. Bildirilib ki, iki ölkəni birləşdirən ən böyük sərhəd keçidi Bu-Kamal - əl-Qaim sərhəd keçidinin açılışı logistik səbəblərdən təxirə düşüb. İraq rəsmisinin sözlərinə görə sözügedən keçid gələn ayın 7-də açılacaq. Qeyd edək ki, sərhəd keçidinin yerləşdiyi əl-Qaim (İraq) və Bu-Kamal (Suriya) rayonları 3 il İŞİD nəzarətində qalıb. İraq və Suriya Orduları bu bölgələri 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində azad edə biliblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2019 13:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |