29 Avqust, 2019
İraqı Suriyaya birləşdirən ən böyük sərhəd keçidi gələn ay açılır

İraqı Suriyaya birləşdirən və Bağdad-Dəməşq yolunun keçdiyi Bu-Kamal - əl-Qaim sərhəd keçidi gələn ayı açılır.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews  Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bu barədə İraqın əl-Ənbar əyalətinin əl-Qaim qəzasının başçısı Əhməd Cudyan məlumat verib.

Bildirilib ki, iki ölkəni birləşdirən ən böyük sərhəd keçidi Bu-Kamal - əl-Qaim sərhəd keçidinin açılışı logistik səbəblərdən təxirə düşüb. İraq rəsmisinin sözlərinə görə sözügedən keçid gələn ayın 7-də açılacaq.

Qeyd edək ki, sərhəd keçidinin yerləşdiyi əl-Qaim (İraq) və Bu-Kamal (Suriya) rayonları 3 il İŞİD nəzarətində qalıb. İraq və Suriya Orduları bu bölgələri 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində azad edə biliblər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9686.html