|
• DünyadaÇeçenistanda Müqəddəs Quranın ən yaxşı qiraətçisinə 6 milyon rubl mükafat veriləcəkÇeçenistanda bu respublikanın birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 68 illiyinə həsr olunmuş Müqəddəs Quranın qiraəti üzrə Beynəlxalq Müsabiqə keçirilir. Ahlibeyt.az-ın məlumatına görə, Azərtac chechnyatoday.com saytına istinadla xəbər verir ki, Çeçenistanın Ruhani İdarəsinin mətbuat-xidmətinin məlumatına görə, müsabiqənin qalibinə 6 milyon rubl (red-90 min dollar) mükafat veriləcək. Qeyd olunub ki, Qroznı şəhərində keçirilən beynəlxalq müsabiqədə 20 ölkədən gəlmiş 25 qiraətçi iştirak edir. Münsiflər heyətinin tərkibinə isə şeyx Ayman Rüşdi Süveydin başçılıq etdiyi Dünya İslam Liqası yanında Dünya Qiraətçilər Şurasının sədrlik etdiyi islam dünyasının bu sahədə ən tanınmış mütəxəssisləri daxildir. Müsabiqədə ikinci yeri tutan qiraətçi 3 milyon rubl(red-45 min dollar), üçüncü elan ediləcək şəxs isə 1,5 milyon rubl(red-22 min dollar) alacaq. Qaliblərin mükafatlandırılması mərasimi avqustun 23-də Şali şəhərində keçiriləcək. Burada Durdi Şeyx adına hafizlər məktəbinin də açılışı olacaq. Tədbirlərin keçirilməsinə maliyyə vəsaitini Əhməd Kadırov adına ictimai fond ayırıb. Şali şəhərində 43 ölkədən gəlmiş 150 qonaq Avropanın ən böyük məscidinin də açılış mərasimində iştirak edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2019 16:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |