|
|
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-Raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilibNemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-Raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib Orta əsrlərdə yaşamış türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əldə edib. Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yəni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədani tərəfindən köçürülüb. Bölmənin Əlyazmalar Fondunun balansına daxil edilən və böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhur “Gülşəni-Raz” əsərinə yazılan təfsirin üzərində fond əməkdaşları gələcəkdə araşdırmalar aparmağı nəzərdə tutublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2019 10:48 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |