25 İyul, 2019
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-Raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib

Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-Raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib

Orta əsrlərdə yaşamış türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əldə edib.

Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yəni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədani tərəfindən köçürülüb.

Bölmənin Əlyazmalar Fondunun balansına daxil edilən və böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhur “Gülşəni-Raz” əsərinə yazılan təfsirin üzərində fond əməkdaşları gələcəkdə araşdırmalar aparmağı nəzərdə tutublar.

1

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9639.html