|
• DünyadaMübariz Qurbanlı ABŞ-da keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cari ilin 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak etmək məqsədilə iyulun 15-dən 21-dək Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olacaq. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə dövlət komitəsinin mətbuat xidməti məlumat yayıb. Sözügedən tədbirdə DQİDK sədri Mübariz Qurbanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı, eləcə də konfrans çərçivəsində “Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan dəyirmi masanın təşkili planlaşdırılır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar. Qeyd edək ki, sayca ikincisi keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2019 10:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |